Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.
Ednews xəbər verir ki, bu barədə “trend.az”a Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
O bildirib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.