Ermənistanın Mərkəzi Seçki Komissiyasına 555 seçki məntəqəsində səslərin yenidən sayılması tələbi ilə müraciətlər daxil olub.
EDnews xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
Məlumata görə, müxalifət partiyaları və blokları 555 seçki məntəqəsində səslərin yenidən sayılmasını tələb ediblər.
Bildirilib ki, “Çiçəklənən Ermənistan” və “Birlik qanadları” partiyalarından, eləcə də “Ermənistan” blokundan səslərin yenidən sayılması ilə bağlı ümumilikdə 30 müraciət daxil olub.
MSK-dan verilən məlumata əsasən, səslərin yenidən sayılması üçün müraciətlərin qəbulu müddəti iyunun 9-da başa çatıb.
“Dairə seçki komissiyaları daxil olmuş müraciətlərə baxacaq”, – deyə məlumatda qeyd olunub.
Ermənistanda parlament seçkilərinin keçirilməsi üçün 2005 seçki məntəqəsi açılmışdı.
Qeyd edək ki, iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, parlamentə hakim “Mülki Müqavilə” partiyası 49,825 faiz, “Güclü Ermənistan” partiyası 23,281 faiz, “Ermənistan” bloku isə 9,934 faiz səslə keçib.







