Avropa İttifaqında keçiriləcək seçkilərdə sol partiyalarla sağ partiyalar arasında rəqabət getdikcə artır.
Ednews Qərb mediasına istinadən xəbər verir ki, sağçı partiyalar solçu partiyalarla əməkdaşlıq etməyə etiraz ediblər. Qitə ölkələrində artan irqçilik və ayrı-seçkilik sağçı partiyalara dəstəyin çoxalmasına səbəb olub. Bu ayrım təkcə partiyaları deyil, həm də insanları bir-birindən ayırır.
Alamniyada "AfD", İtaliyada "Brothers of Italy" və Fransada "France's National Rally" kimi partiyalar Avropanın ən məşhur siyasi partiyalarına çevrilib. ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi və Böyük Britaniyanın Breksitlə Aİ-dan ayrılması regionda siyasi fikirlərin ciddi şəkildə dəyişməsinə səbəb olub.
Avropa vətəndaşları artan qiymətlər və ağır vergilərdən şikayət edir və müharibələrə ayrılan maddi vəsaitlərə görə şikayət edirlər.
Bu dəyişimin Yaşıl Enerjiyə də mənfi təsir etməsi gözlənilir. Hakimiyyətə gələn və gəlməsi ehtimal olunan milliyətçi partiyalar alternativ enerjini dəstəkləmir. Bu, yaşıllaşan enerji ideyalarına ciddi zərbə ola bilər.
Bu ilki seçkilərdə Avropada çilliyətçi partiyaların 20% daha çox səs qazanması gözlənilir.
Fərid