“NATO üzvü olmayan, lakin onun müdafiə çətirindən faydalanan neytral ölkələr hərbi alyansa qoşulmalıdırlar”.
Ednews xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Londonda keçirilən brifinqdə çıxışı zamanı bildirib.
Böyük Britaniyanın müdafiə naziri NATO üzvü olmayan və neytral mövqe tutan İrlandiya, Malta, Avstriya və İsveçrə kimi Avropa ölkələrini birbaşa qeyd etməyib. Bununla belə, o, Britaniyanın daha çox ölkənin bloka qoşulması üçün lobbiçilik edəcəyini açıqlayıb.
“Mən Alyansın himayəsindən istifadə edənlərin hamısının NATO-ya üzv olması üçün səy göstərəcəm. Bəzi Avropa ölkələri NATO-nun müdafiəsindən səmərəli istifadə edirlər, onlar azadlıqdan istifadə edirlər, lakin qitənin kollektiv şəkildə mühafizəsinə qoşulmurlar”, - deyə nazir Rusiya Federasiyasının təmsil etdiyi təhlükəyə istinad edərək vurğulayıb.