Bakıda azyaşlı uşağın çoxmərtəbəli binadan yıxılması ilə bağlı yeni məlumat daxil olub.
TƏBİB-dən EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda vəziyyəti ağır stabildir. Tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə iyunun 7-si saat 01:00 radələrində paytaxtın Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsində qeydə alınıb.
Xatırladaq ki, hadisə ilə bağlı saat 00:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xocalı prospekti 24A ünvanından çağırış daxil olub. Çağırış əsasında əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən azyaşlı müştərək zədələnmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Aytac Kərimova | EDnews

.png)


.png)


