Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb.
EDnews-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb.
Bildirilib ki, onların iyunun 9-da günorta radələrində Azərbaycana çatmaları gözlənilir.
XİN-in məlumatına əsasən, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində daha iki Azərbaycan vətəndaşının nəşi tapılıb.
Bunlar 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovdur.
“Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.


.jpg)



