Son 24 saat ərzində Qəzza zolağında 46 nəfər ölüb, 110 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, İsrailin oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 33 843 nəfərə çatıb, daha 76 575 nəfər yaralanıb.