Küçələrə atılan cins heyvanların ahı – Oğuz Ayvaz yazır...

Yazarlar 17:00 11.12.2023

Son vaxtlar küçədə, məhəllədə, dayanacaqda qarşıma cins pişiklər, itlər çıxır. Onlar küçələri özünə vətən seçən heyvanlardan fərqlənirlər. Çünki gözlərini açandan isti evə, ailə, sevgi görüblər, amma indi həyatın sərt üzü onları dalanlara atıb. Daha doğrusu bunu həyat yox, müasirləşən, daha dəqiqi tiktoklaşan, hissiszləşən insan oğlu atıb. Hansı ki, texnika dövrünün insanını anlmaq getdikcə çətinləşir. Bu insan ibtidai dövrdən bu günə kimi çatıb, təkamül keçib, inkişaf edib, mədəniləşib, amma indiki insan duyğularını, hisslərini, ləyaqətini itirməkdədir. 

Küçəyə atılan heyvanın sahibi vicdan hissindən qurtulmaq istəyini reallaşdırmaq üçün atdığı ilk addımıdı. Küçə itləri, pişikləri həmişə gördüyümüz mənzərə idi. İndi isə Xaski, Schot, Anqora cinsli itlər, pişiklər görürürür. Bu artıq o qədər adiləşib ki, insanları təəccübləndirmir. 

Kapitalizm, sistem, insanı getdikcə qəribə bir varlığa doğru dəyişdirir. Çox demirəm, 10-15 il aralığında proseslər bu cür davam eləsə müasir insanın portertini çəkə, yaza, yarada bilərik. Təxminən bu cür olacağını düşünürəm:

- Heç vaxt gərçək dostları olmayacaq,

- Həmişə fasd-food sevəcəklər,

- Telefon, internet, sosial platformalar ən əzizləri olacaq,

- Dəyər verdikləri, inandıqları nəsnələr yalnız virtual səpkidə olacaq,

Siyahını uzatmaq da olar, amma hələki bu qədər yetərlidir. İnternet əsri insanı insandan ayrı salıb. Səhv etmirəmsə, Tarkovskinin “Solyaris” filmində deyilirdi: “İnsana insan lazımdır”. Dünyada ünsiyyət aclığı, ötəri münasibətlər, xəyanətlər, boşanmalar artıq adi hal alıb. İbtida dövrdə heyvan insana sağ qalmaq üçün lazım idi. İndiki dövrdə də insanlar heyvanlara sığınıb. Çünki heyvanlar yeganə ünsiyyət mənbəyidir. Azərbaycanda, demək olar, hər 3 ailədən biri ya pişik, ya it, ya da tutuquşu saxlayır. Təklikdən, tənhalıqdan qurtulmağın bir yolu da heyvan saxlamaq olub. Əslində, keçən əsrdə də insanlar heyvan saxlamağı çox sevirdilər. İndi isə heyvanı başqalarına görə saxlamaq dəbə minib. Tiktokda onun videosunu çəkmək üçün, layk yığmaq üçün və s.  

Müasir insan qərarsız, düşüncəsi xaos içində, stressli, depressiv bir ömür sürür. Yalnızlığını heyvanlarda tapır, bir müddət sonra marağı öləziyir, heyvanı azdırır, əlindəki ağıllı telefonunda “google”-a necə xoşbəxt olaram yazır. Tapdığı videolarda, məqalələrdə özünü axtarır. Tapa bilmir. Bir də baxır ki, gecə düşüb...

Müasir insanın gələcəyə ümidi yoxdur. O ümidsizlik içindədir. İbtidai vaxtı insanın yaşamaq üçün çox səbəbləri vardı. Kəşf etmək sevdası, nəyisə tapmağın sevinci. Bu gün yuxudan oyanacam və bilmədiyim bir şeyi tapıb ortaya çıxardacam, sonra həmin tapıntımı başqaları ilə də bölüşəcəm. 

Kiçik bir pritça yadıma düşür:

Tanrı eşşəyi yaratdı və ona dedi: “Sən səhərdən axşama qədər işləyəcəksən, ağır yük daşıyacaqsan. Sən ot yeyəcəksən və çox axmaq olacaqsan. Beləcə 50 il yaşayacaqsan. Bunu eşidən eşşək cavab verdi: “50 il yaşamaq! Yazığın gəlsin! 30 ildən artıq olmasın! Allah da elə etdi. Daha sonra iti yaratdı və ona dedi:

- Sən insanların dostu olacaqsan, onları qoruyacaqsan, artıq qalan yeməklərini yeyəcəksən. Beləcə 25 il yaşayacaqsan.

İt cavab verdi: “Xahiş edirəm, 10 ildən artıq yaşamaq istəmirəm”. Allah belə də etdi. Bundan sonra meymunu yaratdı və dedi: - Sən ağacdan ağaca tullanacaqsan, özünü səfeh kimi aparacaqsan. Gülməli olacaqsan və beləcə 20 il yaşayacaqsan.

Meymun cavab verdi:

- 20 il təlxək kimi yaşamaq… Xahiş edirəm mənə 10 ildən artıq ömür vermə. Allah belə də etdi.

Nəhayət, Allah insanı yaratdı və ona dedi:

- Sən - insansan. Dünyanın sahibi olacaqsan. Sənə verdiyim ağılın hesabına digər varlıqlar üzərində hakimlik edəcəksən. Beləcə 20 il davam edəcək!

İnsan cavab verdi:

- 20 il kifayət deyil. Xahiş edirəm eşşəyin imtina etdiyi 20 ili, itin imtina etdiyi 15 və meymunun imtina etdiyi 10 ili mənə ver. Allah elə etdi ki, insan 20 il adam kimi yaşasın. Sonra evlənib 30 il eşşək kimi səhərdən axşama qədər işləsin. Uşaqları olandan sonra 15 il it kimi ailəsinin keşiyində dursun və onların artığın yesin. Qocalanda isə 10 il meymun kimi səfeh kimi görsənsin və nəvələrini əyləndirsin...

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı