Mən ona xəyanət edə bilmərəm - Oğuz Ayvaz yazır

Yazarlar 00:00 10.11.2023

Həyatımda ən dəyərli əşyam, hətta deyərdim ki, ən yaxınım eynəyimdir. Eynəyim mənim gözlərimdir. İlk dəfə 18 yaşımda tanış oldum onunla. O gün bu gündür artıq 15 ildir bir yerdəyik. Bəzən yorğun olanda eynəyim burnumun üstündə yatır. Belə olanda yuxular görürəm. Hərdən evdəkilərə zarafatla deyirəm ki, eynəklə yatanda yuxularımı HD keyfiyyətində görürəm. 

Eynəyimin başına bir neçə dəfə bədbəxt hadisələr gəlib. Bir dəfə uşaqlar stadionda futbol oynayırdı. Mən də onları izləyəndə içimdən dəli bir oynamaq hiss keçdi. Bir an eynəyimi unutdum, lap yadımdan çıxartdım. O an bütün keçmişim, gələcəyim, yaddaş arxivim külə döndü. Tez ayaqqabılarımı dəyişib oyuna girdim. Topun arxasınca qaçır, qol vurur, qışqırırdım. Bir yandan da eynəyim burnumun üstündə rəqs edirdi. Onda mənə elə gəlirdi ki, stadionda zəlzələ olub. Hər şey yaxşı gedirdi. Ta ki o ana qədər... Qəfil uşaqlardan biri topu sifətimə vurdu. Top yırğalana-yırğalana, sürətini azalda-azalda eynəyimə dəydi. O an eynəyim yerə düşdü. Təzədən keçmiş, gələcək, yaddaş arxivi özünə qayıtdı. Yerə əyilib ehmalca eynəyimi götürdüm. Qırılmışdı, elə bil ən əziz doğmam yaralanmışdı. Onu götürüb sığalladım, düzəltmək üçün əlləşdim, alınmadı. Uşaqların, topun, stadionun, həyatın rəngi bir-birinə qarışdı. Gözlərim yerində deyildi. Elə bil gözlərimi əlimdən almışdılar. Hər yer ala-bula, boz, qarmaqarışıq görünürdü. Sanki xarab bir televizorun tutmayan kanalını izləyirdim. Yaddaşımın gücünə yolu əlimə aldım. Optikaya üz tutdum, dərdimi danışdım, çarə üçün 1 gün gözləməli idim, amma buna səbrim çatmadı. Marketdən yapışqan aldım, eynəyimin bir qanadını yerinə bərkidə bildim. Təzədən eynəyi qulaqlarıma, oradan da burnuma keçirtdim. Həyatın axını özünə qayıtmışdı. Sükut, rəng, insanlar, göy üzü, maşınlar eynəyimin arxasından dipdiri görünürdü. Gözlərimdə qəzaya düşən rənglər, adamlar yenidən canlanmışdılar. 

Hələ məktəb vaxtı olan hadisəni heç unuda bilmirəm. Onda 11-ci sinifdə oxuyurdum. Bir gün hiss etdim ki, düz yanımdakı lövhədən yazıları oxuya bilmirəm. Gözümü qıyırdım, təzədən oxumağa çalışırdım. Xeyri olmurdu. Anamla göz həkiminə getdik. Məni uzaq məsafədə saxlayıb dedi ki, gözünün birini bağla. Hər iki gözümlə qabaqdakı divarda rus hərflərini göstərdi. Yalnız ən böyüklərini güc-bəla dedim. Sonra eynək yazdı mənə. Dedi ki, həmişəlik taxmalıdır. Onda sındı qol qanadım yanıma düşdü. Eynək kompleksim var idi. Elə bilirdim ki, eynək taxanda soyunmuşam. Hamı mənə baxır. İlk dəfə optikadan eynəyi götürüb taxanda hər şey gözümdə çox yaxın məsafəli, gözəl göründü. Məktəbdə sevdiyim bir qız var idi. İki sinif aşağıda oxuyurdu. Onu həmişə bufetə girib çıxanda görürdüm. Uzaqdan seçə bilmirdim. Bəlkə də, gözəl deyildi o qədər. Eynəksiz sevmişdim onu çünki. Uşaqlar məni lağa qoyurdu. Hər dəfə qız məktəb binasına daxil olanda tez yüyürüb qapını açırdım ona. O da laqeyd-laqeyd yanımdan keçib gedirdi. Hər dəfə səhər hamıdan tez gəlirdim məktəbə. Ən çox anam çaşırdı bu halıma. Hər gün zülmlə durğuzmağa çalışdığı oğlu özü hamıdan tez oyanır, tez-tələsik əynini geyinib məktəbə üz tuturdu. Pillələri qaça-qaça çıxırdım. Üç-üç, beş-beş. İstəyim o idi ki, qızla pilləkənin başında rastlaşım. Qızın evi bizim evin yuxarısında idi. Ancaq heç vaxt onunla pilləkəndə rastlaşa bilmirdim. Hər dəfə onu məktəbin həyətində görürdüm. O gələnə yaxın başqa şagirdlər də gəlirdi. Hər yer dolub daşırdı. Onu o qələbəliyin içində tapa bilmirdim. Bircə dəfə onu yaxından görmək şansım olmuşdu. Onda da qapını açdım. Mənə heç baxmadan çıxıb getdi. İndi eynək taxmışdım. Onu uzaqdan da görsəm yaxından görmüş sayılacaqdım. Dəqiqələri sayırdım. İndi gələcək. İndi qapıdan girəcək. Gözlədim. Gözlədim. Dərsə girmədim. Bu qız niyə gecikmişdi? Qəflətən məktəb qapısı açıldı və onunla göz-gözə gəldik. Mənə qəribə şəkildə baxdı. Elə bil tanımadı. Sonra üzündə təbəssüm yarandı. Bu təbəssüm mənə cəsarət verdi. Yaxına gəldim. O, bu dəfə iki qat əyilib gülməyə başladı. Hər dəfə eynəyimə baxıb təzədən qaqqanaq çəkdi. Əsəbləşib birbaşa evə getdim. Eynəyimi qırmaq istəyirdim. Onu pəncərədən çölə tullamaq istəyirdim. Olmurdu. Hər dəfə çıxaranda dünya boz görünürdü. Hər şeyi tor bir halqa bürüyürdü. Və mən əzab çəkirdim. O qızın üzü yadıma düşürdü. Mən sevdiyim qız belə deyildi axı. Bəlkə də, eynəksiz mən onu xəyalımdakı kimi eləmişdim. Eynək xəyalımı alt-üst etdi, məni reallıqla toqquşdurdu. Sonralar, çox sonralar o qız mənə məktub yazacaqdı, mənimlə görüşmək istəyəcəkdi. Hələ o qız məni sevəcəkdi də. Ancaq artıq iş işdən keçmişdi. Eynək sayəsində mən o qızı ürəyimdən söküb ata bilmişdim. O dəftəri bağlamışdım. 

Hə, eynək indi mənim ən yaxın dostum kimidi. Eynəyimin başına iş gələndə az qalıram intihar edəm. Onsuz bir dəqiqə keçirtmək belə amansızdır mənim üçün. Hərdən dostlarım deyir, əməliyyat ol, qurtul. Amma mən eynəyimə xəyanət edə bilmərəm. O illərdi ki, mənim gözlərim olub. Ona xəyanət etməyi ağlımın ucundan belə keçirmirəm. 

Eynəyimlə yalnız yuxuya gedəndə və duş qəbul edəndə ayrı düşürəm. Günün qalan saatlarında birlikdə oluruq. Ona qovuşmaq üçün hətta çiməndə belə tələsirəm. Yatmağa da gec gedirəm. Bəzən yatanda gözümdə qalır. Yoldaşım gəlib götürür. Eynəyimi qızım da çox sevir. Balaca vaxtı tez-tez onu öpmək üçün əyiləndə eynəyimi götürüb qaçırdı. Eynəyim qırılmasın deyə qızımın arxasınca düşürdüm. Onun da ürəyi uçunurdu. Elə sevinirdi ki... Eynəyi qızımın əlindən alanda təzədən gözlərimə keçirirdim. Və onda dünya o qədər gözəl olurdu ki. Qızım elə gözəl görünürdü ki... Mən elə bilirdim ki, yuxudayam və bu yuxudan ayılmaq istəmirdim.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı