Müharibədə yeni ÇARƏ: Ukraynanın NATO-ya qoşulması Rusiyanı... Əkbər Şəbəndəyev yazır

Yazarlar 14:05 12.07.2023
 
ABŞ prezidenti Co Bayden bu həftə Litvada keçiriləcək sammitdə Ukraynanın üzvlük prosesinə başlamağın "vaxtından əvvəl" olduğunu bildirib. Prezident əlavə edib ki, Ukrayna hələ də üzvlük üçün “demokratikləşmə də daxil olmaqla” digər tələblərə cavab verməlidir. Bəzi analitiklər düşünür ki, Baydenin tərəddüdü yersizdir. Vilnüs sammiti NATO-ya 2008-ci ildə Buxarestdə keçirilən toplantının tarixi səhvini düzəltmək imkanı verir. O zaman NATO Ukrayna və Gürcüstana üzvlük fəaliyyət planları təklif edə bilmədi və beləliklə, Rusiya təcavüzünü, o cümlədən cari müharibəni rahatlıqla regiona gətirmək imkanı əldə etdi. Bu son sammit Kiyevin müharibə bitən kimi Alyansa qoşulacağına işarə edərək, Ukraynadakı münaqişəni tez bir zamanda başa çatdırmaq üçün bir fürsət olduğunu göstərir. Əlbəttə ki, bunun ən ideal varinatı isə rəsmi atəşkəs və ya sülh sazişi vasitəsilə baş verməsi olardı. Ukraynanın NATO-ya gedən yolu ilə bağlı təxribat isə əksinə, ölkənin yaxın gələcəkdə yalnız Rusiya təhlükəsi ilə üzləşdirəcək. Bu iki variantın Ukraynanın müharibə ilə bağlı qərar verməsi üçün ciddi nəticələri var. Kiyevin NATO – ya qoşulmaması nəticəsində sülh sadəcə Ukrayna tərəfinin məğlub olacağı təqdirdə baş verə bilər və yaxud Rusiya öz istəklərindən əl çəkdiyi təqdirdə, hansı ki, bu da qeyri-mümkün görünür. Bununla belə, müharibə bitən və ya dondurulmuş vəziyyətə çatan kimi NATO-ya üzvlük perspektivi o deməkdir ki, Rusiya ilə sülh sazişinin konturları və ya Rusiyaya məğlubiyyətinin miqyası Kiyev üçün daha az əhəmiyyət kəsb edə bilər. 
Ukraynalılar prinsipial olaraq ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam ərazi bütövlüyünü bərpa etmək və Rusiya işğalı altında əziyyət çəkən həmvətənlərini azad etmək istəyirlər. Lakin onların bunu etmək istəyi həm də Donbası Krımla birləşdirən quru körpüsünün, eləcə də Krımın özünün geri alınmasına dair strateji ehtiyacdan irəli gəlir. Rusiyanın nəzarəti altında olan bu ərazilər Kremli Ukraynaya qarşı yeni hücumlar üçün start meydançası ilə təmin edir; onlar Ukrayna ərazisinin daha böyük hissəsini Rusiya raketlərinin əhatə dairəsinə gətirir və Ukraynanı Qara dəniz sahillərinin çox hissəsindən kəsirlər. Əgər Ukrayna NATO-ya yol tapa bilsəydi, bu cür mülahizələr daha az əhəmiyyət kəsb edərdi. İlk baxışdan Baltikyanı dövlətlərin Rusiya ilə yaxınlığını nəzərə alsaq, onları müdafiə etmək çətindir. Praktikada estoniyalılar, latviyalılar və litvalılar gecə rahat yatırlar və bilirlər ki, Putin Alyansa qarşı müharibə aparacaq qədər axmaq (dəli) deyil. Bunu bilmək lazımdır ki, NATO – nun qurulmasının əsas mahiyyəti Rusiya təcavüzkarlığının qarşısını almaq olub və bilirik ki, onlar bunu çox yaxşı da bacarırlar. Ukraynanın NATO-ya qoşulma perspektivi, şübhəsiz ki, Kreml üçün müharibə xərclərini artıracaq. 
 
Bəs, Putin gedişatı daha da eskalasiya etdirə bilərmi? 
 
O, dünyanı nüvə böhranına salacaq qədər geri düşüncəli bir şəxs deyil. Adi müharibəyə gəldikdə, Rusiya müdafiəsi son dərəcə məhdud hərbi əməliyyat ehtiyatları ilə işləyirlər və buna görə də Müharibə Tədqiqat İnstitutunun qiymətləndirməsinə görə də, qeyd edə bilərik ki, NATO qarşısında “kövrək” qalacaq.
Rusiya ordusu, hələ, Vaqner muzdlu qrupunun Moskvaya qarşı üsyanına belə sağlam cavab verə bilmədi. Putin müharibəni əbədi olaraq sona çatdırmaq istəsə də, istəməsə də, o, artıq adicə arsenalında olan hər şeyi problemli vəziyyətə salıb. Üstəlik, Qərb dəstəyini davam etdirdikcə, Ukrayna bu müharibənin nə vaxt bitəcəyi ilə bağlı söz sahibi olaraq qalmağa davam edəcək. Əslində, bu müharibəni potensial olaraq daha uzun müddətə aparan, ilk növbədə, Ukraynanın Krıma və Krıma aparan quru körpüsü də daxil olmaqla, torpaqlarını bütövlükdə yenidən fəth etmək üçün strateji ehtiyacıdır.
 
Ukrayna müharibə səylərində nə qədər irəli getmək istədiyinin əsas hakimidir. Bununla belə, NATO-ya üzvlüklə bağlı etibarlı perspektiv döyüşlər dayanan kimi Kiyevin düşüncəsini bütün dünyadakı “sülhpərvərlərin” istədiyi şəkildə dəyişə bilər: Rusiyanın demək olar ki, bir müddətdir işğal etdiyi ərazilərin çox hissəsinin verilməsini daha əlverişli hala gətirə bilər. Putinin Ukraynanın qalan hissəsinin NATO-nun 5-ci maddəsinə görə əbədi olaraq sərhədlərdən kənarda qalacağını üstüörtülü şəkildə qəbul edərkən, məhdud torpaq ələ keçirmək və qələbə iddiası etmək fürsətindən istifadə edib-etməməsi müzakirə mövzusudur. 
Müzakirədən kənar olan isə uzunmüddətli müharibənin – Ukraynada və onun hüdudlarından kənarda apardığı böyük xərclərdir. Əgər ukraynalılar Rusiya ilə münasibətdə tək olduqlarını başa düşərək Vilnüsdən uzaqlaşsalar, onların istər müharibənin təqibində, istərsə də gələcək ittifaqlarında qərbin maraqlarına hörmət göstərmələri çox çətin olacaq.
Vilnüsdə görüşən NATO ölkələrinin liderlərinin qarşısında duran sual, Alyansın gələcək öhdəliklərin daha bir mənbəyini öz üzərinə götürməsi deyil, Qərbin, Avropanın təhlükəli Şərq sərhədlərində əhalisi sıx, yaxşı silahlanmış və getdikcə daha da iddialı olan bir ölkənin gələcəyinə nə qədər təsir göstərmək istəməsidir. Müdrik və ehtiyatlı qərar onu diqqətsiz bir şəkildə başdan etmək deyil, həmin qərarı alıb nəticələrini bilərək öhdəsindən gələ bilməkdir.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
Hamısı