İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gəldi.
Bildiyimiz kimi, Ermənistan parlamenti 105 deputatdan ibarətdir və Paşinyanın partiyası 64 mandat qazandı. Bu, böyük əksəriyyət hesab olunur. Lakin Ermənistanda konstitusiya dəyişikliyi etmək üçün 105 nəfərlik parlamentdə 70 səs lazımdır. Hazırda Paşinyanın bu qədər səsi yoxdur, 5 səs çatmır. Hazırda bu məsələ ətrafında müxtəlif müzakirələr aparılır.
Millət vəkili Elşad Musayev bu barədə EDnews-a danışıb.

O bildirib ki, adətən Azərbaycan mediasında məsələlərə daha çox pessimist yanaşma olur. Bu pessimizm bəzən kənardan da ixrac olunur:
“Məsələn, Rusiya sülhməramlıları Qarabağa gələndə deyirdilər ki, onlar buradan çıxmayacaq. Digər ərazilər azad olunandan sonra da iddia edirdilər ki, Xankəndidən ermənilər çıxmayacaq. Bunlar pessimizmə köklənmiş fikirlər idi və zaman göstərdi ki, yanlışdır. Hesab edirəm ki, Paşinyan istəsə, ona lazım olan 5 səsi digər partiyalardan əldə edə bilər. Ona görə də əvvəlcədən bədbin proqnozlar vermək doğru deyil. Digər alternativ variantlar da mövcuddur. Referenduma getmək məsələsi də gündəmdə ola bilər”.
.png)
Depuatatın fikrincə, Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əgər bu öhdəlikləri yerinə yetirməsə, onun üçün də, Ermənistan üçün də alternativ yol qalmayacaq:
“Paşinyanın çıxışlarında da bu istiqamətdə müəyyən mesajlar görünür. Amma bütün hallarda ehtiyatı əldən vermək olmaz. Eyni zamanda, pessimist əhval-ruhiyyəni də kənara qoymaq lazımdır. Daha optimist düşünmək vacibdir. Paşinyanın partiyasının seçkilərdə qalib gəlməsi regionda Rusiya üçün çox ağır zərbə oldu. Çünki bölgə ölkələri — Ermənistan, Gürcüstan, Azərbaycan, eləcə də qardaş Türkiyə və digər güc mərkəzləri regionda sülhün və əmin-amanlığın olmasında maraqlıdır. Paşinyan da açıq şəkildə bildirib ki, revanşizm Ermənistanı qoruyub saxlaya bilməz. Yəni heç kim düşünməsin ki, Paşinyan bundan sonrakı mərhələdə Azərbaycana qarşı müharibə ritorikasına qayıdacaq və ya belə bir cəsarət göstərəcək”.
.png)
O hesab edir ki, cəmi 5 deputatın səsi lazımdır və bu məsələ həll oluna bilər.
Günəş Mərd | EDnews
.png)





.png)
