“Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna yeni əlavələr edilməsi təklif edilir.
Ednews Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyən avtomobillər və digər növ avadanlıqların alınmasının, habelə həmin nəqliyyat vasitələrinin qeydiyyata alınmasının qadağan edilməsi təklif edilir.