Amerika şirkətləri bərpa olunan enerji sektorunda və noyabrda Bakıda keçiriləcək COP29-da iştirakda maraqlıdır.
Ednews xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki nəşrində deyilir.
“Səfir Mark Libbi [Amerikanın] Baker Hughes şirkətinin obyektlərini gəzdi və şirkətin ölkədəki nümayəndəsi Zaur Allahverdizadə, o cümlədən neft-qaz avadanlıqları və xidmətlərinin əsas təchizatçısı olan şirkətin rəhbərliyi ilə görüşdü. Şirkət həmçinin SOCAR Upstream ilə sıx əməkdaşlıq edir”, - deyə məlumatda qeyd olunur.
M.Libbi Baker Hughes-un yaşıl enerji, diversifikasiya və inklüziv siyasət sahəsində təşəbbüsləri ilə tanış olub.
“O, yaşıl enerji üçün tənzimləyici bazanın əhəmiyyətini qeyd edib və Amerika şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna, o cümlədən onların COP29-da iştirakına marağını vurğulayıb”, - diplomatik missiyanın bəyanatında deyilir.
Xəyal Ramiz