2024-cü il fevralın 1-də bu markanın smartfonlarının olduğu bölmə Nokia-nın rəsmi saytından silinəcək.
Ednews "ITHome"-a istinadən, xəbər verir ki, Nokia saytında smartfonlar bölməsi artıq rəsmi olaraq bağlanıb. HMD Global-a görə, fevralın 1-dən etibarən bu "telefonlar" bölməsi görünür, lakin daha sonra “brend transformasiya planının” bir hissəsi kimi tamamilə silinəcək. Buna səbəb olaraq hazırki texnologiya ilə ayaq uydura bilməməsi göstərilib.
Qeyd edək ki, Nokia brendinin əsas distributoru HMD şirkəti 2025-ci ildən sonra nəhayət Nokia brendi altında cihazların istehsalını və satışını dayandıracaq.
Əkbər