Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Ər-Riyadda Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək.
Fələstin dövlətinin tanınması məsələsi ətrafında müzakirələr aparılacaq.