Rusiyanın Xarici İşlər Naziri Maria Zaxarova Ermənistanla bağlı açıqlama verərək ölkənin Qərbin alətinə çevrildiyini bildirib.
Ednews erməni mediasına istinadən xəbər verir ki, Zaxarova İrəvanın Rusiyaya qarşı apardığı siyasətin ölkə üçün məhsuldar olmayacağını bildirib.
Qeyd edək ki, rusiyalı diplomat Ermənistanın Rusiya ilə daha yaradıcı formada əlaqə saxlamalı olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın anti-Rusiya siyasəti Cənubi Qafqazda sülhün bərpa olunmasına mane ola bilər.
Fərid