Türkiyənin Karpowership şirkəti və Fil Dişi Sahili elektrik şirkəti CLSG, Afrika ölkəsi Sierra Leonedə üzən enerji sahəsində fəaliyyət göstərərək, təxminən 48 milyon dollar məbləğində ödənilməmiş hesablara görə ölkənin paytaxtı Fritaun və digər şəhərlərdə elektrik enerjisini kəsib.
Ednews sözcu.com-a istinadən xəbər verir ki, təxminən 6 həftədir ölkədə davam edən işıqların kəsilməsi səbəbindən xəstəxanalarda cərrahi əməliyyatlar pozulub, gündəlik həyata da mənfi təsir edib.
“Karpowership”in verdiyi açıqlamada əsas xidmətlərin enerji ilə təmin olunması üçün ölkədə elektrik enerjisinin 60 meqavatdan 6 meqavata endirildiyi bildirilib.
Digər tərəfdən, CLSG-nin ölkənin cənub-şərqində yerləşən şəhərlərə təchizatını əhəmiyyətli dərəcədə azaldıb, 32 meqavatdan 10 meqavata çatdırdığı qeyd edilib.
Üzən enerji gəmiləri ilə xidmət göstərən dünyanın ən böyük elektrik şirkətlərindən biri olan “Karpowership” ödənişlərin kəsilməsi səbəbindən 2023-cü ilin oktyabrında Qvineya Bisauda fəaliyyətini dayandırıb.
Xəyal Ramiz