Son günlərdə tanınmış hind müğənnisi Abhijeet Bhattacharyanın yaydığı video görüntülər Misirdə gündəm olub.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, yayılan məlumata görə tanınmış müğənni paylaşdığı videoda pərəstişkarına mərhum Misir prezidenti Hüsnü Mübarəyə bənzərliyindən danışıb. O, həmçinin öz şəkilini Hüsnü Mübarək şəkili ilə birgə yayaraq “Mən Misirdə bir trendəm" deyib. Görüntülər sosial şəbəkələrdə gündəm mövzusu olub.
Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-ci ildə keçmiş prezident Ənvər Sədat islamçı silahlılar tərəfindən qətlə yetiriləndən sonra Hüsnü Mübarək ölkənin prezidenti olub. O, 2020-ci ilin fevralın 25-də vəfat edib.
Loğman Yunis