Kanadada aparılan yeni bir araşdırma, dünya miqyasında insanların təxminən üçdə birinin smartfon asılılığı riski yüksək ola biləcəyini, Asiyanın bəzi bölgələrindəki insanların smartfondan istifadə ilə bağlı problemlərin daha çox olduğunu aşkar etdi.
Ednews Ctv news-a istinadən bidirirki, Beynəlxalq Psixi Sağlamlıq və Narkomaniya Jurnalında dərc olunan araşdırma 195 ölkədən 18-90 yaş arasında olan 50.000-dən çox insana baxaraq, onların smartfon istifadəsinin nə qədər problemli olduğunu qiymətləndirib. Tədqiqat göstərdi ki, ümumiyyətlə, bütün ölkələrdə qadınların kişilərə nisbətən daha çox smartfon istifadə etdiyini bildiriblər. Tədqiqatda göstərilirki, qadınlarda depressiya və narahatlıq səviyyəsi daha yüksəkdir. Cənub-Şərqi Asiya və onun ətrafında olan ölkələrin əhalisi ən yüksək smartfon asıllığı, Avropadakıların isə ən aşağı asılılıq olduğunu qeyd ediblər.
Nahid