Ednews insan haqqında indiyə qədər bilmədiyiniz maraqlı faktları təqdim edir.
Günəş eynəkləriylə daha çox yaraşıqlı, gözəl görünürük. Çünki eynəklər hər cür üz xəttini daha kəskin göstərir və göz ətrafındakı qüsurları örtür.
Kişilər çənə quruluşu analarına bənzəyən qadınları daha cazibədar görürlər.
Dr. Satoshi Kanazawa tərəfindən həyata keçirilən bir araşdırmaya görə, aldadan insanların IQ səviyyəsi, aldatmayanlara nisbətlə daha aşağı səviyyədədir.
Hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir.
Yeni doğulmuş körpənin beyni 14 milyard hüceyrədən ibarətdir. Lakin, onların sayı artmır, əksinə azalır. 25 yaşından sonra hər gün insan 100 min neyronlarla vidalaşır.
Leonardo Da Vinçi, bir əliylə yazı yazarkən, digər əliylə isə şəkil çəkə bilirdi.
Bir otaqdakı havanın ağırlığı təxminən 45 kilodur.
2011-ci il məlumatlarına görə dünyanın ən çox oğurlanan qidası pendirdir.
Kralın döş ucunu əmmək antik İrlandiyada bir hörmət göstəricisi idi.
CIA gündə 5 milyona yaxın tweet oxuyur.
Aşağı yuxarı hər on ildə bir yeni bir bayquş növü kəşf edilir.
İngiltərə və Fransa arasında davam edən 100 il müharibələrin 100 il davam etdiyi doğru deyil. 116 il davam edib.
Harry Potter kitablarındakı ən çox istifadə edilmiş cümlə : "Heç bir şey olmadı."
55 milyon il əvvəl Şimal Qütbündə palma ağacları vardı.
Maşın oğurluğu ən çox 1 yanvar günündə reallaşır.
Evlənmədən əvvəl birlikdə yaşayan cütlərin bunu etməyənlərə nisbətlə boşanma riski daha yüksəkdir.
Qeybət etmək ömrü uzadır. Qeybət, progesteron hormonlarını ifraz edir. Bu da stressi azaldır və daha yaxşı hiss etməyimizə səbəb olur.
Oğuz