Rusiya Müdafiə Nazirliyi aprelin 14-də gündəlik yeniləmələrində ilk dəfə olaraq “Sever” əməliyyat strateji qrupunun mövcudluğundan bəhs edib.
Ednews KyivPost news-a istinadən bildirir ki, “Belqorod sektorunda “Sever” qüvvələri qrupunun bölmələri aviasiya və artilleriya dəstəyi ilə Xarkov vilayətinin Ternova və Hatişçe yaşayış məntəqələrində və Sumı rayonunda Ukrayna Silahlı Qüvvələrinin (AFU) canlı qüvvəsini və texnikasını vurub. Hazırda Rusiyanın Ukraynada təsdiqlənmiş beş əməliyyat strateji qrupu var, o cümlədən “Tsentr” (Mərkəz), “Yuq” (Cənub), “Zapad” (Qərb), “Vostok” (Şərq) və “Dnepr” qrupları. Ukraynanın “İnformasiya müqaviməti” nəşri qrupun Ukrayna ilə həmsərhəd Bryansk, Kursk və Belqorod vilayətlərinin hərbi hissələrindən ibarət keçmiş sərhəd qrupunun bazasında yaradıldığını və iki hərbi hissənin yeni qrupa, yəni 11-ci qrupa keçirildiyini bildirib.
Nahid