Son 24 saat ərzində Qəzza zolağında 69 nəfər ölüb, 110 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, İsrailin oktyabrın 7-dən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 31 341 nəfərə çatıb, daha 73 134 nəfər yaralanıb.