Arzuların qısırlaşdığı dövr – Oğuz Ayvaz yazır...

Yazarlar 14:00 23.01.2024

İnsanlar ibtidai dövrdə heyvanları öldürəndə günah hissi yaşayırmışlar. Heyvanları ovlamaq insanların yaşamaq mübarizəsinin əsasını təşkil edirdi. Onlar ovlamasa, ac qalardılar. Yaşamaq üçün başqalarının qurban olması tələb olunurdu. İnsan isə öldürdüyü heyvanı mağaraya gətirəndə içində bir peşmanlıq hissi duyur. Hətta heyvanları öldürüb dərisini soyanda, sümüklərini bir yerə yığanda inanırlarmış ki, heyvan təzədən diriləcək.

İlk insanlar Tanrını, onları xilas edəcək gücü göylərdə axtarırdılar. İnsan ibtidai dövrdə də, modern dövrdə də həmişə qorxu içində olub, ona görə nəyəsə sığınmaq ehtiyacı hiss edib. Ziqmund Freyd "Totem və tabu" kitabında bizim qorxularımızdan danışanda yazırdı ki, insan şimşəkdən qorxanda ata-anasına sığınırdı, sonradan bu sığınacağın adı Allah və dinlər oldu. Əslində, kədərli faktdır. İnsan təsəlli üçün, qorxusunu dəf etmək üçün nəyəsə inanır. Yəni insan tarix üçün yalnızca tikinti materialıdır. İnsanlar həyatlarının qıraq-bucağını xoşbəxtliklə doldurmaq, ölümü unutmaq, kədəri azaltmaq, ağrılarını dindirmək üçün miflər yaradırlar və inanırlar ki, o miflər onların yaşaması üçün vacibdir.

İndi isə bir ayrı mif yaranıb – internet. Mifsiz insanın yaşamağı mümkünsüzdür. Nə qədər elmi faktlar əsas götürülsə də, insanlar yenə də mifə ehtiyac duyur. Çünki mif təsəllidir, komfortdur. 

İnternet əsri insanı insandan ayrı salıb. Səhv etmirəmsə, Tarkovskinin “Solyaris” filmində deyilirdi: “İnsana insan lazımdır”. Dünyada ünsiyyət aclığı, ötəri münasibətlər, xəyanətlər, boşanmalar artıq adi hal alıb. İbtida dövrdə heyvan insana sağ qalmaq üçün lazım idi. İndiki dövrdə də insanlar heyvanlara sığınıb. Çünki heyvanlar yeganə ünsiyyət mənbəyidir. Azərbaycanda, demək olar, hər 3 ailədən biri ya pişik, ya it, ya da tutuquşu saxlayır. Təklikdən, tənhalıqdan qurtulmağın bir yolu da heyvan saxlamaq olub. Əslində, keçən əsrdə də insanlar heyvan saxlamağı çox sevirdilər. İndi isə heyvanı başqalarına görə saxlamaq dəbə minib. Tiktokda onun videosunu çəkmək üçün, layk yığmaq üçün və s.  

Müasir insan qərarsız, düşüncəsi xaos içində, stressli, depressiv bir ömür sürür. Yalnızlığını heyvanlarda tapır, bir müddət sonra marağı öləziyir, heyvanı azdırır, əlindəki ağıllı telefonunda “google”-a necə xoşbəxt olaram yazır. Tapdığı videolarda, məqalələrdə özünü axtarır. Tapa bilmir. Bir də baxır ki, gecə düşüb...

Bu yazım indiki insanı anlamaq mövzusundadır. Hər tərəfdə, hər küçədə kapitalizmin parıltılı işığı gözümüzü qamaşdırır. Endirim, faizsiz kredit, “Ayfonun təzəsi çıxdı”, “Qadın paltarlarında şok endirim”, “Nə alsan 1 manat, “İpoteka ilə ev sahibi olun”, “Topaz oyna, qazan”, Onlayn qumar oyunları, bankların reklam çarxları və. s. 

Müasir insanın bir gününü aşağı-yuxarı bu cür səciyyələndirmək olar:

Səhər yuxudan duran kimi əl-üzünü yumadan telefonu əlinə alır, çay içə-içə Tiktoka baxır, əynini geyinir, qulaqcıq taxır, işə gedir, yolda oyun oynayır, musiqi dinləyir, işə çatır, müdir gecikməsinə görə danlayır, komputer arxasına keçir, reklam çarxları, yazışmalar, layklar, rəylər, izlənmələr, trendə düşənlər, axşam olur, evə gedir, yeməyini qucağında yeyir, bir əlində telefonu, telefonu əmzik kimi əlindən düşürmür, gecə yatanda da telefonunu başının üstünə qoyur, ona inanır, onu sevir...

Müasir insanın gələcəyə ümidi yoxdur. O ümidsizlik içindədir. İbtidai vaxtı insanın yaşamaq üçün çox səbəbləri vardı. Kəşf etmək sevdası, nəyisə tapmağın sevinci. Bu gün yuxudan oyanacam və bilmədiyim bir şeyi tapıb ortaya çıxardacam, sonra həmin tapıntımı başqaları ilə də bölüşəcəm. 

Müasir insanın tapmağa bir şeyi qalmayıb. O artıq hər şeyə sahibdir. Kreditlə hər şeyi əldə edə bilər. Arzular belə qısırlaşıb. Əvvəllər nəyisə əldə etmək üçün əlləşib vuruşurdun, o arzunun rəngləri vardı. İndi arzunun bircə çıxış yolu var – kredit. Kreditlə arzularına qovuşa bilirsən. Ancaq həbsə düşürsən. Kredit həbsinə. Bundan sonrakı həyatına kreditin dəmir barmaqlıqları arasından baxırsan. Müasir həyat “Squid game” serialındakı kimi hamımızı ölümlə sınayır. Biz nəyisə əldə etmək üçün ölümə hazır olmalıyıq. Ölüm burada metaforadır. Özümüzü heçliyə, məğlubiyyətə təslim etməkdən gedir söhbət. 

Keçən dəfə qızımla şəhəri gəzirdik. Hər yerdən bozluq yağırdı. Həyatın rənglərini elə bil solğunlaşdırmışdılar. Məncə, müasir insanın həyatı da belədir. Sevdiyin yeməyi kafelərin birində yeyirsən. Görürsən ki, hər şey yerindədir, duzu, ədviyyatı və s. Ancaq evdə ananın bişirdiyi o dad yoxdur. Mənə elə gəlir, indi biz o dadı itirmişik. Bir Norveç filmi var. Bir adam avtobusla bir şəhərə gətirilir. Bu şəhərdə ona hər şey verilir. Gözəl qadınla ailə həyatı qurur. İşi əladır. Müdiri ona tez-tez istirahət verir. Yəni bu insanın bu həyatda arzuladığı hər şey yerinə yetib. Ancaq o darıxır. Xoşbəxt deyil. Rejissor təkcə həmin adamın deyil, o şəhərdəki hamının xoşbəxt olmamağının səbəbini yemək və sevişmə səhnələrində göstərir. Heç kim yeməkdən dad, sevişmədən zövq ala bilmir. İndi o filmin personajları kimiyik, əslində. Hər şey var, ancaq dad yoxdur. Dad itib. O dadı kim itirib? Bilmirəm. Ancaq o dad yoxa çıxıb. O dad, görən, hansı divarların arxasındadır? 

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Hamısı