Post insanı tənhalığı - Oğuz Ayvaz yazır

Yazarlar 14:00 14.12.2023

Dövrümüz insanı, intellektuallar demiş, post insanı tənhalıq zamanını yaşayır.

Ciddi deyirəm, zarafat etmirəm. İnsanı insandan internet ayırdı. Daha heç kim heç kimə qonaq getmir, tez-tez görüşmür. Artıq hər kəsin öz dünyası var. Milyonlarca tənha dünya...

O dünya bizim paralel dünyamızdı.Orda ehtiraslanır, üzülür, sevir, darıxır, gülürük. Ancaq hamısı süni, saxta,simvolik. Hərdən köhnə filmlərə baxıram. 80-85-ci illər Azərbaycan, türk filmlərinə. Ordakı aktyorların üz cizgiləri, gözləri, sağlamlıqları diqqətimi çəkir. Necə də məmnun, mutlu, nikbin görünürlər. Bəlli olur ki, o dövr insanıreal münasibətlər, həqiqi sevgilər, gərçək sevinclər, ünsiyyətlər yaşayırdı.

Yaratdığımız tənha dünya bizi durmadan çağırır: bizim Tanrımız sənsən, gəl bizi idarə elə.

Axı niyə dövran dəyişdi? Niyəbiz bir-birimizdən min kilometr uzaq düşdük? Halbuki bu qədər yaxın ola-ola...Axırıncı dəfə qonaq getməyim yadıma düşür. Süfrə açılıb, hər kəs yemək yeyir.Gördüm ki, hamı tez-bazar yeyib qurtarmaq istəyir. Yeməyin ləzzətini almırlar. Kənara qoyduqları telefonları səs çıxardır: mesaj gəldi, zəng gəldi...

Qonaqlıqda ağsaqqal bir kişidivanda tək başına oturub gözünü döyürdü. Qarınları doyan ev əhli özdünyalarına çəkildilər. Ağsaqqalın yanına keçdim. Düz üç saat fasilə vermədənsöhbət etdik. Necə ləzzət elədisə qonaqlıqdan getmək bilmirdim. Kişinin uşaqlıqilləri, əsgərlik, ruslar, eston qızları...

Daha qonşu qonşunun külünə yoxvayfayına möhtacdı. Doğurdan da elədi. Neçə dəfə təzə qonşu qapımızı döyüb, deyib ki, vayfayınızın kodunu deyərdiniz. Bax beləcə bu dövr insanı tənhalaşır.

İndi dünya depressiya dövrünüyaşayır. Qloballaşma, soisallaşma adlı o qədər tədbirlər, konfransalar keçirilir, məqalələr yazılır. Hamısının da bir mesajı var: insan tənhalaşsın!

İnternetin yayılmadığı zamanları xatırlayıram. Hələ onda diskə, video kasetlərə marağımız vardı. Bir film üçün, mahnı üçün dükan-dükan gəzirdik. Qardaşımla Kamal Sunalın filmlərini şəhərdə axtardığımız günlər. Necə də böyük həvəslə onun filmlərini tapmağa çalışırdıq. Tapanda da uşaq kimi sevinir, evə tələsirdik. Yaxud da Sezen Aksunun, Elvis Preslinin mahnıları üçün...

Qərara gəlmişəm. Artıq hərhəftə tanıdığım adamların evinə qonaq gedəcəm. İnternetdən işim üçün istifadə edəcəm. Feysbuku gündə 1-2 saat istifadə edəcəm.

Dostlarımı yenidən qazanmağaçalışacam. Amma nə faydası olacaq? Dünyanı dəyişə bilməyəcəm. Yenə insanlarinternetdən sevdiyi adamlar kimi yapışacaq.

Kaş insanlar kitab xəstəliyinə tutulardı. Hər kəs oxuduğu əsərlərdən danışardı. Bunun üçün görüşərdik. Onda da ədəbiyyat ədəbiyyat olmazdı, hə?

Bəlkə siz düşünəsiniz,neyləyək? Neyləyək ki, insanlar bir-birlərinə qarşısın. Təklifləriniz varsa, yazın, elan edin.

Mən demirəm ki, internetsiz dünyada yaşayaq. İnterneti intellektimizi inkişaf etdirmək üçün istifadə edək. Yaşamağa, münasibətlərə, ünsiyyətlərə daha çox zaman ayıraq.

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Hamısı